
“Türkiyə Rusiyanın taxıl sazişinin həyata keçirilməsində iştirakını dayandırmasından təəssüflənir”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“Qərarla bağlı böyük təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm. Ümid edirik ki, taxıla çıxışı təmin edən Qara Dəniz Təşəbbüsü dayandırılmayacaq”, – partiyanın rəsmi nümayəndəsi deyib.