Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Partiya sədrinin müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri iyulun 25-də baş tutacaq.

Məlumata əsasən, səfər iyun ayında Ankarada AKP ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında əməkdaşlıq haqqında imzalanan protokola əsasən təşkil olunur.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, həmçinin bir sıra görüşlər keçirəcək.

Bununla yanaşı, nümayəndə heyəti iyulun 28-də Gəncədə konfransda iştirak edəcək.Tədbirdən sonra birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.

İstinadlar Qafqazinfo