“Fransa Prezidenti Makronun sivilizasiya anlayışını ona hədiyyə edirik. Makronun sivilizasiya anlayışına görə, Azərbaycandakı qardaşlarımızı dəstəkləməməliyik, Kiprdəki hüquq və mənafelərimizdən əl çəkməliyik. Bunu etməyəcəyik”.

Bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə AK Partiya Mərkəzi Qərargahında keçirilən toplantıdan sonra mətbuat nümayəndələri qarşısında çıxış edərkən deyib.

Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Avropa Birliyinin və Avropa sivilizasiyasının bir parçası ola bilməyəcəyi ilə bağlı açıqlamalarına reaksiya verən AK Partiya sözçüsü Ömər Çelik əlavə edib: “Biz ona sivilizasiya anlayışını veririk. Mədəniyyət anlayışını ona hədiyyə edirik”, – deyib.

İstinadlar Report