Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı prezident seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.

Bu məqsədlə təşkilatın təşəbbüs qrupunun toplantısı keçirilib.

Akif Nağı məsələ ilə bağlı açıqlama verib: “Rəhbərlik etdiyim Qarabağ Azadlıq Təşkilatı siyasi qurum deyil, prezidentliyə namizəd irəli sürə bilməz. Ona görə də mən namizədliyimi fərdi qaydada irəli sürmək istəyirəm. Bununla yanaşı QAT-ın ali orqanlarının razılığı olmadan mən bu təşəbbüsü edə bilmərəm. Ona görə də artıq Təşkilatın İdarə Heyətində, Təşəbbüs qrupunda ilkin müzakirələr keçirilib. Son qərarı isə QAT Ali Məclisi verəcək. Bu məqsədlə fevralın 17-nə Ali Məclisin xüsusi iclasını çağırmışıq. Ali Məclisin mövqeyinə uyğun hərəkət edəcək, son qərarımı verəcəyəm”.