Avropa İttifaqının banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq.

Bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.

“İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, – AK diqqətə çatdırıb.

İstinadlar Report