“Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək”.

Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.

Onun sözlərinə görə, əvvəllər Bolqarıstan təbii qazın 80 %-ni Rusiyadan alırdı, lakin bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından və onun “Avropaya qarşı enerji müharibəsi” elan etməsindən əvvəl idi.

İstinadlar Report