“Azərbaycan Prezidenti İlham Əliyevin Qranada səfərindən imtina etməsini təqdir edirik”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik mətbuata açıqlamasında deyib.

O bildirib ki, Fransa uzun müddət Ermənistanı müdafiə edib: “Fransanın beştərəfli görüşdə iştirak etməsi, Türkiyənin iştirak etməməsi yolverilməzdir. Azərbaycan Prezidenti də bununla bağlı mövqeyini ortaya qoydu”.

Ö.Çelik söyləyib ki, Fransa hələ də Ermənistanın işğalçı olduğunu demir: “Azərbaycan isə öz işini çoxdan həll edib. Artıq Qarabağ məsələsi həllini tapıb”.