
Avropa Komissiyası (AK) İspaniyada elektrik enerjisinin kəsilməsi ilə bağlı hərtərəfli araşdırma aparmaq niyyətindədir.
Bu barədə Avropanın enerji və mənzil-məişət məsələləri üzrə komissarı Den Yorgensen “X” sosial şəbəkəsində bildirib.
“Avropa Komissiyası İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi ilə bağlı hərtərəfli təhqiqata başlayacaq”, – avropalı rəsmi yazıb.
Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu qurumun aprelin 28-də elektrik enerjisinin verilişində kütləvi kəsintilərə səbəb kimi kiberhücum olmasını istisna etdiyini təsdiqləyib və böhranın bütün nəticələrini və mənşəyini öyrənəcəklərinə söz verib.