“Airbus Defence and Space” şirkətinin baş direktoru Maykl Şolhorn “Airbus”ın bir neçə ay ərzində təyyarə istehsalında Rusiya titanının istifadəsini dayandıracağını açıqlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

“Biz titan tədarükü məsələsində Rusiyadan ayrılmaq prosesindəyik. Bu məsələyə illər yox, aylar lazım olacaq. Hal-hazırda “Airbus” hələ də Rusiya titanının müəyyən faizini alır, lakin biz aydın şəkildə ondan müstəqil olmaq yolundayıq”, – Şolhorn deyib.

Onun sözlərinə görə, “Airbus” artıq hərbi texnika istehsalında Rusiya titanının istifadəsindən imtina edib, lakin indiyədək ondan mülki təyyarələr üçün istifadə etməkdə davam edir. “Airbus” Rusiyadan gələn titanı ABŞ və Yaponiyadan tədarüklə əvəz etməyi planlaşdırır.

İstinadlar Report