Hindistanın ən iri aviaşirkəti olan “Air India” Banqladeşdəki qeyri-sabit vəziyyətə görə Dəkkəyə və oradan əks istiqamətdə olan uçuşları dayandırıb.

Bu barədə müvafiq məlumat daşıyıcının rəsmi saytında yerləşdirilib.

“Banqladeşdəki mövcud vəziyyətlə əlaqədar olaraq, biz Dəkkəyə və Dəkkədən olan planlaşdırılmış reysləri ləğv etdik”, – məlumatda deyilir.

Aviaşirkət sərnişinlərinə uçuşun vaxtını dəyişdirmək və ya biletləri pulsuz olaraq ləğv etmək imkanı verib. “Müştərilərimizin və ekipajımızın təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”, – “Air India”dan bildirilib.

Daha əvvəl Banqladeşin paytaxtındakı Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlanmışdı.

İstinadlar Report