Fransanın “Air France” aviaşirkəti Qəzza zolağında və Livanın cənubundakı münaqişələr səbəbindən aylarla davam edən fasilədən sonra Təl-Əviv və Beyruta uçuşlar həyata keçirəcək.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“2025-ci il yanvarın 25-dən etibarən Təl-Əvivə həftədə beş reys olmaqla uçuşlar bərpa olunacaq. “Air France” həmçinin Paris və Beyrut arasında uçuşların bərpası üçün mümkün olan hər şeyi edir”, – məlumatda deyilir.

İstinadlar Report