Zaqatalada bir ailə dəm qazından zəhərlənib və bir azyaşlı ölüb.

Hadisə bu gün Zaqatala şəhəri, Nizami küçəsi, ev: 88 ünvanında baş verib. Həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri – 1988-ci il təvəllüdlü Lena Kərimova, onun iki övladı 2010-cu il təvəllüdlü Polad Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Məmmədova ilkin məlumata görə, dəm qazından zəhərləniblər.

Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində keçinib. Lena Kərimova və 12 yaşlı Polad Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo