“Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasında ticarət dövriyyəsi son üç ildə iki dəfə artıb”.

Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyov deyib.

“Bu ayın sonuna kimi demək olar bütün ticarətin rüsumsuz olacağını və qeyri-tarif maneələrinin də azaldılmasını nəzərdə tutan tamformatlı saziş imzalanacaq”, – o bildirib.

A.Slepnyov həmçinin xatırladıb ki, 2019-cu ilin oktyabr ayından etibarən AİB və İran arasında müvəqqəti güzəştli ticarət sazişi qüvvədədir, ona əsasən də məhdud çeşiddə mallar üçün qarşılıqlı ticarətdə rüsumlar azaldılır və ya ləğv edilir.

İstinadlar Report