
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və ya digər Avropa liderləri ilə məsləhətləşmədən Rusiya Prezidenti Vladimir Putinə zəng etmək qərarından təəccüblənib və məyus olub.
Bu barədə “Responsible Statecraft” portalı yazıb.
Nəşr iddia edir ki, Aİ ölkələrinin liderləri Rusiya və ABŞ prezidentləri arasında Ukrayna nizamlanması mövzusunda telefon danışığını ABŞ tərəfindən xəyanət hesab edirlər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, avropalıların iştirakı olmadan bağlanmış hər hansı saziş “sadəcə işləməyəcək”.