Avropa İttifaqında (Aİ) fentanilin artması regionda yeni “qara vəba”ya səbəb ola bilər.
Bunu Avropa Parlamentinin İtaliyadan olan deputatı Paolo İnselvini deyib.
“Təəssüf ki, Avropa İttifaqında narkotik vasitələrin və opioidlərin istifadəsi durmadan artır. Təkcə 2021-ci ildə 87,4 milyon Avropa vətəndaşı narkotik vasitələrdən istifadə edib, onlardan bir milyonu opioidlərdən həkim resepti olmadan istifadə edib. Bu təhlükəli tendensiya Avropada milyonlarla insanın həyatına son qoya bilər”, – o bildirib.