Avropa Komissiyasının peyvənd olunmuş xarici turistlərin Avropa İttifaqına (Aİ) girişinə icazə vermək təklifi o demək deyil ki, Aİ dövlətləri gələn turistlərdən karantin və ya PZR (polimeraz zəncir reaksiyası) testi kimi sanitar tədbirlərə riayət edilməsini tələb etməyəcək.

Bunu Brüsseldə keçirilmiş brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Adalbert Yans deyib.

“Təklifimiz Aİ-yə daxil olma imkanını təmin edir, lakin Aİ ölkələrinə bu şəxsləri mövcud epidemioloji tədbirlərdən, xüsusilə karantin və ya PZR testlərindən azad etməyi tövsiyə etmir”, – o deyib.

İstinadlar Report