Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə Aİ-nin “Aspides” (“Qalxanlar”) adlı yeni dəniz missiyasını başlatmaq barədə razılığa gəliblər.

Bu barədə iclası Brüsseldə keçirilən Aİ Şurasının bəyanatında deyilir.

“Bu gün Şura “Aspides” missiyasını işə saldı. Dənizdə təhlükəsizliyin təmin edilmsi üzrə bu müdafiə əməliyyatının məqsədi Qırmızı dənizdə və Fars körfəzində gəmiçilik fəaliyyətinin bərpa edilməsi və qorunmasıdır.

“Aspides” əməliyyatı husilərin 2023-cü ilin oktyabr ayından bəri beynəlxalq kommersiya gəmilərinə qarşı olan çoxsaylı hücumlarının baş verdiyi bölgədə Aİ-nin dəniz varlığını təmin edəcək”, – Aİ Şurasının kommünikesində deyilir.

Sənəddə vurğulanır ki, “Aspides” həmfikir beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, xüsusilə ticarət və kommersiya gəmiləri üçün dəniz təhlükəsizliyinin və naviqasiya azadlığının qorunmasına töhfə verəcək.

İstinadlar Report