Avropa İttifaqının xarici işlər nazirləri (XİN) aprelin 16-da videobağlantı vasitəsilə keçiriləcək fövqəladə şura zamanı İranın İsrailə hücumlarından sonra regional eskalasiya riskinin azaldılmasına diqqət yetirəcəklər.

Bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib.

P.Stano bu gün Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, söhbət regionda eskalasiya təhlükəsindən gedir: “Xarici işlər nazirləri şurasının gündəliyində yalnız bir məsələ var”.

Sanksiyalara gəlincə, o, qeyd edib ki, İranın bir çox fiziki və hüquqi şəxsləri artıq Aİ-nin müxtəlif sanksiya rejimləri altındadır: “Şurada gələcək addımlar, Aİ və onun üzv ölkələrinin İranın eskalasiyasına necə reaksiya verməli olduğu müzakirə ediləcək”.

İstinadlar Report