
Avropa İttifaqı (Aİ) və Moldova Kişineunun Aİ-nin enerji bazarına tam inteqrasiyası üçün 250 milyon avro büdcəyə malik olan ikiillik strategiyanı razılaşdırıb.
Bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.
“Bu gün Avropa Komissiyası və Moldova Respublikası ölkənin enerji müstəqilliyi və dayanıqlılığı üzrə ikiillik hərtərəfli strategiyanı razılaşdırıb. Bu strategiya ikili məqsəd daşıyır: Moldovanı Rusiyanın etibarsız enerji təchizatından ayırmaq və Aİ-nin enerji bazarına tam inteqrasiya etmək”, – məlumatda bildirilib.