Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yeol təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq barədə razılığa gəliblər.
Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin kommünikesində deyilir.
Razılaşma noyabrın 4-də Seulda Avropa İttifaqı ilə Cənubi Koreya arasında ilk strateji dialoq zamanı əldə olunub.
Sənəd dəniz təhlükəsizliyi, kosmik və kiber məsələlər, xarici informasiya manipulyasiyası və müdaxiləsinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı əhatə edir.