
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın hərbi sahədə təhdidləri fonunda mayın 19-da keçiriləcək Aİ-Böyük Britaniya sammitində təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.
Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Tramp administrasiyasının fəaliyyəti nəticəsində yaranan qlobal qarışıqlıq Brüsselin Londonla müdafiə və təhlükəsizlik haqqında pakt imzalamaq qətiyyətini gücləndirir:
“Bu pakt Britaniya şirkətlərinə birgə silah satınalmalarında iştirak etməyə imkan verəcək. ABŞ Prezidentinin NATO müttəfiqlərini dəstəkləməklə bağlı hədələri və Rusiyaya təklifləri Avropa ölkələrini kollektiv şəkildə silahlanmağa və müdafiə xərclərini artırmağa məcbur edib”.