Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək və vəsaitin böyük hissəsi Ukraynaya ayrılacaq.

Bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.

“Rusiyanın Ukraynanın energetika və mülki infrastrukturuna, xəstəxanalara, məktəblərə və elektrik şəbəkələrinə məqsədyönlü hücumları insanların əsas xidmətlərə çıxışını ciddi şəkildə əngəlləyir. Hər yeni hücumla daha çox ukraynalı evsiz qalır və şaxtalı hava şəraitində köməyə və sığınacağa ehtiyac duyur”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynada 14,6 milyon insan humanitar yardıma ehtiyac duyur.

İstinadlar Report