Avropa İttifaqı (Aİ) Ukraynaya təlimlər təşkil etmək üçün hərbi məsləhətçilər göndərməyi düşünür.

Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat katibi Anitta Gipper bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrindən qoşunların göndərilməsi məsələsi Aİ Xarici Əlaqələr Şurasının Lüksemburqda keçirilən iclasında müzakirə olunub.

“Həqiqətən də, bu məsələ müzakirə olunur, lakin burada əsas məsələ Ukraynaya dəstək olmaq və onu mümkün qədər gücləndirməkdir. Həmçinin missiyaya uyğunlaşma ilə bağlı müzakirələr də davam edir, lakin hələlik əlavə məlumat paylaşa bilmərəm”, – Gipper deyib.

Bununla belə, mətbuat katibi Rusiya ilə müharibədə atəşkəs əldə olunduqdan sonra Aİ-nin təlim missiyasının Ukrayna ərazisinə yerləşdiriləcəyi və ya bunun davam edən hərbi əməliyyatlar zamanı mümkün olduğu ilə bağlı suala cavab verməyib.

İstinadlar Report