
Avropa İttifaqı (Aİ) atom elektrik stansiyasında (AES) fəlakət ehtimalına görə Ukraynaya 5 milyon doza yod verib.
Bunu Aİ-nin böhranların idarəedilməsi üzrə komissarı Janez Lenarçiç RND redaksiya assosiasiyasına müsahibəsində deyib.
“Biz artıq AES-lərin yaxınlığında yaşayan, təhlükə altında olan insanlar üçün Ukraynaya 5 milyon doza yod çatdırmışıq”, – Lenarçiç bildirib.