Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ukraynaya növbəti maliyyə yardımının göstərilməsini dəstəkləyib. Pul hərbi texnikaya xərclənəcək.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel keçirdiyi brifinqində deyib.

Borrel Aİ-nin Ukraynaya hərbi məqsədlər üçün 500 milyon avro köçürəcəyini bildirib. Bu pula zirehli texnika, tanklar, ağır artilleriya və döyüş sursatları alınacaq.

İstinadlar Report