
Avropa İttifaqı ölkələri iyunun 25-i Ukrayna və Moldovanın təşkilata qoşulması ilə bağlı rəsmi danışıqlara başlamaq niyyətindədirlər.
Bildirilir ki, ittifaqa üzv ölkələr bu planlarını hələ 2023-cü ilin dekabrında bəyan etsələr də, bu, Macarıstanın narazılığı səbəbindən təxirə salınırdı. Bununla yanaşı, danışıqlara start verilməsinin təxirə salınması Aİ-nin genişləndirilməsi məsələsinin Avropa Parlamentinə keçiriləcək seçkilər zamanı əsas mövzu olması ilə bağlı ehtiyatlar olub.
Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-9-da baş tutacaq.