Avropa İttifaqı (Aİ) Şurası 2026-cı ildən Rusiya və Belarusdan təbii qazın, o cümlədən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün dayandırılmasına imkan verəcək qaz bazarı islahatlarını təsdiqləyib.

Bu gün təsdiq edilmiş “Bərpa olunan qaz, təbii qaz və hidrogen üçün daxili bazarlar haqqında” qətnamə və direktivdə həmçinin qeyd edilir ki, göstərilən tarixdən sonra Avropa Komissiyası Rusiya və Belarusdan təbii qaz, eləcə də orada olan güclərdən LNG tədarükünü birillik müddətə müvəqqəti dayandırmaq imkanlarına malik olmalıdır, birillik sınaq dövründə addımın özünü doğrultması halında isə qadağanın müddəti uzadıla bilər.

Bu cür qadağalar Aİ və ya üzv dövlətlərin təhlükəsizliklə bağlı əsas maraqlarının və ya təchizat təhlükəsizliyinin qorunması ilə əsaslandırıla bilər.

Sənəddə həmçinin qeyd olunur ki, məhdudiyyətlər Aİ bazarına və ayrı-ayrı üzv dövlətlərə qaz tədarükünün təhlükəsizliyini pozmamalı, enerji həmrəyliyi prinsiplərinə hörmətlə yanaşmamalı və üçüncü dövlətlər qarşısında öhdəlikləri pozmamalıdır.

İstinadlar Report