
Avropa İttifaqı İsveçrənin hərbi Şengen proqramına qoşulmaq dəvətini rəsmən təsdiqləyib. Bu proqramın məqsədi qoşunları sərhədlərdə gecikmə olmadan Avropanın hər yerində sürətlə yerləşdirməkdir.
Bu barədə qərarı Aİ Şurası qəbul edib.
Qeyd olunub ki, Aİ Şurası İsveçrənin Daimi Strukturlaşdırılmış Müdafiə Tərəfdaşlığı çərçivəsində hərbi mobillik layihəsində iştirakının proqramın şərtlərinə cavab verdiyini və əhəmiyyətli əlavə dəyər gətirəcəyini təsdiq edən qərara müsbət yanaşıb.
Bu qərar İsveçrənin layihəyə dəvət olunmasına imkan verəcək. Rəsmi Bern 2024-cü ilin sentyabrında hərbi Şengenə qoşulmaq üçün müraciət edib.