Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin təklif etdiyi yeni komissarların siyahısını təsdiqləyib.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Komissiya üzvləri üzv ölkə hökumətləri tərəfindən ortaq uzlaşmayla təyin olunurlar və ancaq Avropa Parlamenti tərəfindən işdən azad edilirlər.

Xatırladaq ki, Avropa Komissiyasının növbəti beş il üçün yeni tərkibi sentyabrın 17-də açıqlanıb. Onun 27 komissarı olacaq. Burada fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, estoniyalı Kaja Kallasın təyinatları qətidir, qalan Avropa komissarları hələ də Avropa Parlamenti tərəfindən rədd edilə bilər.

Fon der Leyen müdafiə və kosmos üzrə Avropa komissarı, Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə Avropa komissarı da daxil olmaqla yeni vəzifələr təsis edib.

İstinadlar Report