
Serbiya və Kosovodakı yüksək vəzifəli siyasətçilər təxribat xarakterli bəyanatlarının səbəb olduğu hər hansı eskalasiyaya görə məsuliyyət daşıyacaqlar. Bu regionda gərginliyin artmasına və ola bilsin ki, zorakılığa səbəb olacaq.
Bu barədə Avropa İttifaqının bəyanatında vurğulanır.
Qeyd olunub ki, son günlərdə Kosovo və Serbiya rəsmiləri arasında qızışdırıcı ritorikanın artması, xüsusən Qərbi Balkanlarda müharibə və münaqişə ilə bağlı bəyanatlar böyük narahatlıq doğurur.