Avropa İttifaqının (Aİ) 27 ölkəsinin dövlət və hökumət başçıları oktyabrın 6-7-də Praqada keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini, Ukraynaya əlavə hərbi və maliyyə yardımı, həmçinin “Şimal axını”nda diversiyadan sonra mühüm infrastrukturun qorunması məsələlərini müzakirə edəcəklər.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel iclas ərəfəsində Aİ ölkələrinin liderlərinə ünvanladığı məktubda bildirib.

Onun sözlərinə görə, Ukraynada silahlı münaqişə tüğyan etməkdə davam edir, bununla əlaqədar Aİ ölkələri vahid və qətiyyətli cavab verməlidirlər.

İstinadlar Report