Avropa İttifaqı Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
“Bəli, Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmaya qarşı mübarizəni gücləndirməliyik”, – o qeyd edib.