Avropa İttifaqı (Aİ) 12-ci anti-Rusiya sanksiyalar paketi üzrə müzakirələrə başlamağı planlaşdırır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Rusiyaya qarşı sanksiyalar paketi oktyabrın birinci yarısında təqdim oluna bilər.

Bir qrup Aİ ölkəsi yeni paket çərçivəsində Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları, həmçinin almaz idxalına qadağa qoymağı təşviq etməyi planlaşdırır.

İstinadlar Report