
Avropa İttifaqının martın 23-24-də keçiriləcək sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatın 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətdə deyilir.
Toplantıda Aİ ölkələrinin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planını müzakirə edəcək.