
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bu yaxınlarda təsdiq edilmiş sanksiya rejiminin müddəalarını dərc edib. Rusiya Federal Penitensiar Xidmətə və 19 nəfərə qarşı yeni sanksiyalar tətbiq edilir.
Buna səbəb kimi ölkədə insan haqlarının pozulması göstərilir.
Aİ bir sıra rusiyalı hakim və prokurorlara qarşı məhdudiyyətlər tətbiq edib. Onların əksəriyyəti siyasətçi Aleksey Navalnıya qarşı cinayət işi ilə bağlıdır.