Kənarına yaxınlaşdığımız uçurumdan uzaqlaşmalıyıq.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) İran-İsrail münaqişəsi haqda danışarkən deyib.
C.Borrell yaranmış gərgin situasiyada tərəfləri təmkinli olmağa çağırıb:
“İsraildən cavab gözləyirəm. Lakin ümid edirəm ki, bu, daha böyük gərginliyə səbəb olmayacaq. Biz uçurumun kənarındayıq və ondan uzaqlaşmalıyıq. Əyləcə basıb, sürəti azaltmalıyıq”.
Aİ rəsmisi həmçinin Təl-Əvivin ehtimal olunan qisası ilə bağlı xəbərdarlıq edib.