
Avropa İttifaqı (Aİ) fevralın 19-da Qırmızı dənizdə bir il müddətinə davam edəcək “Aspides” (Qalxanlar) əməliyyatına başlayacaq.
Bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsi 27 ittifaq ölkəsinin xarici işlər nazirlərinin fevralın 19-da Brüsseldə keçiriləcək görüşü ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
“Əməliyyata bazar ertəsi başlanılacaq. Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində tamamlanacağına əminik”, – o deyib.