Avropa İttifaqının 27 ölkəsinin səfirləri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” hesabında paylaşım edib.
O, Aİ səfirlərinin bu addımını alqışlayıb və artıq növbəti sanksiya paketi üzərində işə başlandığını vurğulayıb:
“Biz artıq növbəti paket üzərində işləyirik və Rusiya mesajımızı alana qədər davam edəcəyik”.