Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlayıblar.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, bu fəaliyyət 25 noyabr – Qadın Zorakılığına Qarşı Mübarizə Gününün 25-ci ildönümü münasibətilə başladılıb.
“Gender əsaslı zorakılığın sonlanmasını onun qarşısını alacaq tədbirlər görməklə mümkündür. Bu, zorakılığı davam etdirən dairələri önləmək üçün atılmalı olan əsas addımdır”, – məlumatda vurğulanıb.