
Almaniya kansleri Olaf Şolts Avropada təhlükəsizlik və müdafiənin gücləndirilməsi, həmçinin birgə satınalma prosesinin təkmilləşdirilməsinin tərəfdarıdır.
O, bunu Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin Brüsseldə keçirilən qeyri-rəsmi sammitinə gələrkən bildirib.
“Birincisi, bu təhlükəsizlik və müdafiədir. Biz onları gücləndirməliyik”, – kansler qeyd edib.
O, həmçinin deyib ki, Avropaya müdafiə sənayesi ilə bağlı konkret sazişlər lazımdır.