Avropa İttifaqı (Aİ) ölkələrində Ukraynanın 60 mindən çox əsgəri təlim keçib.

Bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu (Wojskowy Instytut Wydawniczy, WIW) məlumat yayıb.

“Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası (EUMAM UA) artıq iki ildir həyata keçirilir və artıq 60 mindən çox ukraynalı əsgər təlim keçib. Demək olar, bunların dörddə biri Polşada təlim keçib”, – məlumatda deyilir.

Polşada onlar zirehli tank və mexanikləşdirilmiş tank, artilleriya, zenit, mühəndislik və logistika (texniki-mexaniklər) kimi müxtəlif hərbi ixtisaslar üzrə xüsusi bilik və bacarıqlara yiyələnmək imkanı əldə edirlər.

İstinadlar Report