Avropa İttifaqının (Aİ) yeraltı qaz anbarlarına (YQA) malik 18 ölkəsindən 7-də anbarlar 80 %-dən çox doludur, digər ölkələrdə bu rəqəm 50 %-dən aşağı deyil.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (GIE) iş həftəsinin sonuna olan məlumatında deyilir.

Belçikada YQA-lar avqustun 10-da 80 %-dən bir qədər çox doldurulub, lakin avqustun 11-də bu səviyyə 79,3 %-ə düşüb. Bu, Aİ-də son hesabat günü anbarında “mavi yanacağın” həcmində azalma müşahidə olunan yeganə ölkədir. Portuqaliyada YQA-lar 100 % doludursa, Polşa minimal fərqlə geridir – 99 %.

Söhbət hər bir ölkə üçün anbarların doldurulması üçün ümumi göstəricilərdən gedir. Çünki bir ölkədə bir neçə belə anbar ola bilər və onların tutumları tam fərqli ola bilər. Məsələn, Avstriyada səviyyəsi 85 %-dən çox olan YQA da var, təxminən 42% olanı da, ölkə üzrə YQA-nın dolma səviyyəsi isə 57,6 %-dir. Ümumilikdə Avropa İttifaqında bu rəqəm 73,6 % təşkil edir.

Qeyd edək ki, Aİ iyunda yeni qaydalar qəbul edib və ona əsasən, anbarlar 2022-ci il noyabrın 1-dək azı 80 %, sonrakı illərdə isə 90 % “mavi yanacaq”la doldurulmalıdır.

GIE-nin məlumatlarına görə, Almaniyada müvafiq güclər təqribən 75 % təşkil edir. Ölkədə qaz anbarları operatorlarını noyabr ayına qədər onları 95 % səviyyəsində doldurmağa məcbur edən qaydalar qəbul edib. Yeni reqlamentə əsasən, sentyabrın 1-dək Almaniya anbarları azı 75 %, oktyabrın 1-dək isə azı 85 % doldurulmalıdır.

İtaliyada YQA-ların doldurulma səviyyəsi təxminən 76,4 % təşkil edir, qış mövsümünün əvvəlinə isə bu rəqəm 90 %-dən çox olmalıdır. Hökumətin planı belədir. İtaliyanın ekoloji keçid naziri Roberto Çinqolani daha əvvəl anbarın doldurulmasında heç bir problem olmadığını bildirmişdi.

İstinadlar Report