Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistandadır.

O, Tvitter hesabında keçirdiyi görüşlərə dair paylaşım edib.

Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

“Bu gün Baş nazir Nikol Paşinyan, Baş nazirin müavini Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər baş tutdu.

Bölgədəki vəziyyət və regional sülhə töhfə verməyə hazırlığı müzakirə etdik.

Ritorikanı və gərginliyi azaltmaq, yeni əlaqələr qurmaq lazımdır”, – o qeyd edib.

İstinadlar Qafqazinfo