Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfər edəcək.

“Report”un əldə etdiyi məlumata görə, o, 9-10 yanvar tarixlərində İrəvanda səfərdə olacaq.

Səfər çərçivəsində Ermənistan rəsmiləri ilə yüksək səviyyəli məsləhətləşmələr aparılması nəzərdə tutulub.

Qeyd edək ki, xüsusi nümayəndə bu gün Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

İstinadlar Report