Avropa İttifaqına (Aİ) üzv 28 ölkənin xarici işlər nazirləri noyabrın 11-də əvvəlcədən planlaşdırılmış iclasda İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə jurnalistlərə Brüsseldə Aİ Şurasının nümayəndəsi məlumat verib.

“Onların bölgədəki vəziyyəti və Aİ-nin gərginliyin azaldılmasında mümkün rolunu müzakirə edəcəyi gözlənilir. Nazirlər həmçinin İranın Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı son açıqlamalarını nəzərə alaraq İran məsələsinə də diqqət ayıra bilərlər”, – o deyib.

İstinadlar Report