Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin sammiti işə başlayıb.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Sammit Türkiyə və Suriyada zəlzələ qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.

“Fikirlərimiz yas tutan ailələr və hələ də xəbər gözləyənlərlədir. Aİ tam həmrəylik nümayiş etdirir”, – Ş.Mişelin paylaşımında qeyd edilib.

Xatırladaq ki, Aİ sammitinin iştirakçıları Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynanı dəstəkləməyin ən yaxşı yolunu müzakirə edəcəklər.

İstinadlar Report