Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) müdafiə sənayesinin gücləndirilməsi üçün 910 milyon avro maliyyə vəsaiti ayıracaq.

Bu barədə AK-nın nümayəndəsi Toma Renye Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, vəsaitlər müdafiə sektorunda 62 layihənin maliyyələşdirilməsinə yönəldiləcək.

İstinadlar Report