
Avropa Komissiyası mart ayında Avropa İttifaqının (Aİ) müdafiə sənayesi strategiyasını təqdim edəcək.
Bunu Münxen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, bu sənədlə müdafiə sahəsində istehsalın 20 faiz artırılması nəzərdə tutulur.