Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya ölkələrini Kiprlə bağlı məlum qərarın qəbuluna vadar etməsi birbaşa Türkiyə ilə Türk Dövlətləri Təşkilatının (TDT) qarşı yönəlib.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.
Politoloq qeyd edib ki TDT daxilində Şimali Kiprlə bağlı mövqe fərqliliyinin yaranmasına Aİ-nin təsiri nəzərdən qaçmamalıdır:
“Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi fonunda öz strategiyasını diversifikasiya etməyə çalışır. Burada Mərkəzi Asiyanın resursları, eyni zamanda, nəqliyyat-tranzit imkanları Brüsseli ciddi şəkildə maraqlandırır. O baxımdan, Aİ həmin regionda öz siyasətini şaxələndirməyi hədəfləyib. Bu çərçivədə onlar Mərkəzi Asiya dövlətlərini yunan Kiprində səfirlik açmağa şirnikləndirən siyasət yürütdülər və bu, birbaşa Türkiyə ilə TDT-yə qarşı atılmış addım kimi xarakterizə edilməlidir”.
Onun sözlərinə görə, böyük potensiala malik olan TDT-də həmrəyliyin dərinləşməsi Aİ-nin maraqlarına uyğun deyil:
“Avropa İttifaqı potensial rəqib kimi gördüyü bu təşkilatın güclənməsini istəmir və onun daxilində parçalanma yaratmağa cəhd göstərir. Həmçinin uzun illərdir Aİ-yə üzv olmağa çalışan Türkiyə də onların əsas hədəfidir. Amma Brüssel müxtəlif bəhanələrlə bu prosesi uzadır. İttifaqın bəzi üzvləri, o cümlədən, Fransa ilə Türkiyənin Aralıq dənizi, Qafqaz və Şimali Afrika regionlarında maraqları toqquşur. Aİ də bu səbəbdən Türkiyənin İttifaqa üzvlüyünə qarşı əsassız bəhanələr irəli sürür”.
S.Zahidov Türkiyə ilə yanaşı, Azərbaycanın da Şimali Kiprin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb:
“Azərbaycanla Şimali Kipr arasında ticari, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əlaqələr hələ illər əvvəl yaradılıb. Şimali Kiprin TDT-yə müşahidəçi üzv statusunda qəbul olunmasına da Azərbaycanın böyük təsiri olub. Prezident İlham Əliyevin ADA Forumunda Şimali Kiprlə bağlı ifadə etdiyi birmənalı mövqe Bakının Lefkoşaya dəstəyini dayandırmayacağı anlamına gəlir”.

Sultan Zahidov
Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya ölkələrini Kiprlə bağlı MƏLUM qərarın qəbuluna vadar etməsi birbaşa Türkiyə ilə Türk Dövlətləri Təşkilatının (TDT) qarşı yönəlib.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.
Politoloq qeyd edib ki TDT daxilində Şimali Kiprlə bağlı mövqe fərqliliyinin yaranmasına Aİ-nin təsiri nəzərdən qaçmamalıdır:
“Avropa İttifaq Rusiya-Ukrayna müharibəsi fonunda öz strategiyasını diversifikasiya etməyə çalışır. Burada Mərkəzi Asiyanın resursları, eyni zamanda, nəqliyyat-tranzit imkanları Brüsseli ciddi şəkildə maraqlandırır. O baxımdan, Aİ həmin regionda öz siyasətini şaxələndirməyi hədəfləyib. Bu çərçivədə onlar Mərkəzi Asiya dövlətlərini yunan Kiprində səfirlik açmağa şirnikləndirən siyasət yürütdülər və bu, birbaşa Türkiyə ilə TDT-yə qarşı atılmış addım kimi xarakterizə edilməlidir”.