Avropa İttifaqının (Aİ) insan hüquqları üzrə xüsusi nümayəndəsi İmon Gilmor Ukraynaya səfər edib.

Bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyi tviterdə məlumat yayıb.

Gilmor Aİ-nin Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək niyyətindədir.

“Ukraynada gedən müharibədə insan hüquqlarının necə pozulduğunu öz gözlərimlə görmək, sadə insanlar və dövlət məmurları ilə ünsiyyət qurmaq üçün buraya səfər etdim”, – Aİ-nin xüsusi nümayəndəsi deyib.

İstinadlar Report